Netanyahunun addımları ABŞ-ı qəzəbləndirdi – Münasibətlər niyə soyuyur?backend

Netanyahunun addımları ABŞ-ı qəzəbləndirdi – Münasibətlər niyə soyuyur?

Son dövrlər ABŞ ilə İsrail arasında münasibətlərdə müəyyən gərginlik və fikir ayrılıqlarının yarandığı müşahidə olunur. Xüsusilə İran məsələsi, Qəzza müharibəsi, Livan və Suriya istiqamətində atılan addımlar, eləcə də Vaşinqtonun regionla bağlı siyasəti iki müttəfiq arasında fərqli yanaşmaların olduğunu göstərir.

Bəs münasibətlərdəki bu soyuqluğun əsas səbəbləri nələrdir və bu vəziyyət strateji tərəfdaşlığa təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ ilə İsrail arasında yaranan soyuqluğun əsas səbəblərindən biri Vaşinqton və Tehran arasında aparılan danışıqlara İsrailin sərt etirazıdır.

Məqsəd hakimiyyəti zəiflətməkdir"

Onun sözlərinə görə, xüsusilə İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ-İran razılaşmasına qarşı çıxması tərəflər arasında fikir ayrılığını dərinləşdirib:

“Son günlər ABŞ və İsrail arasında münasibətlərin soyuması məhz Vaşinqtonla Tehran arasında davam edən danışıqlar prosesi ilə bağlıdır. Xüsusilə Baş nazir Binyamin Netanyahu ABŞ ilə İran arasında mümkün razılaşmanın əleyhinə çıxırdı. Hazırda isə İran–ABŞ münasibətləri yeni mərhələyə keçir.”

Politoloq hesab edir ki, Netanyahu son dövrlərdə ABŞ-ın daxili və xarici siyasətinə təsir göstərməyə çalışıb ki, bu da Vaşinqtonda narazılıq yaradıb:

“Düşünürəm ki, Netanyahu çox irəli getdi. O, Amerikanın daxili siyasətinə qarışdı, eyni zamanda xarici siyasətinə müdaxilə etməyə çalışdı. Bundan başqa, ABŞ İsrail hökumətinin Qəzza, Fələstin, Livan və Suriya ilə bağlı hazırkı siyasətini tam şəkildə qəbul etmir. Bütün bunlar tərəflər arasında münasibətlərin soyumasına səbəb olub.

Netanyahunun atdığı addımlar ABŞ-da Donald Trampa münasibətin mənfi istiqamətdə dəyişməsinə, hətta seçki proseslərinə də müəyyən təsir göstərə bilər”.

Politoloq vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, ABŞ və İsrail arasında strateji müttəfiqlik davam edəcək:

“Bütün bu fikir ayrılıqlarına baxmayaraq, ABŞ və İsrail strateji müttəfiq olaraq qalırlar. Bu əməkdaşlıq davam edəcək. Lakin Netanyahunun Türkiyəyə qarşı nümayiş etdirdiyi aqressiv siyasət də Donald Tramp administrasiyası tərəfindən müsbət qarşılanmır. Bu da son dövrlər münasibətlərin soyumasını şərtləndirən amillərdən biridir.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*