Nigerdə yaranan izdiham zamanı 30-dan çox insan öldübackend

Nigerdə yaranan izdiham zamanı 30-dan çox insan öldü

Nigerdə ərzaq və əşyaların yerli sakinlərə pulsuz paylanması zamanı kütləvi izdiham yaşanıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə “PM News” portalı məlumat yayıb.

Qeyd olunub ki, ərzaq paylanmasından bir gün əvvəl yerli kilsənin yaxınlığında minlərlə insan toplaşıb. Xeyriyyə aksiyasının təşkilatçıları pulsuz yemək və əşyalar almaq istəyən izdihamın öhdəsindən gələ bilməyiblər.

Son məlumatlara görə, izdiham nəticəsində biri hamilə qadın, üçü uşaq olmaqla 31 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*