Nigeriyada “Boko Haram” əməliyyatı: 8 terrorçu öldürüldübackend

Nigeriyada "Boko Haram" əməliyyatı: 8 terrorçu öldürüldü

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı “Boko Haram”a qarşı keçirilən əməliyyatda 8 terrorçu məhv edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Ordusu “Boko Haram”ın Borno əyalətində polis bölməsinə hücumundan sonra terrorçulara qarşı əməliyyat keçirib.

Qeyd edək ki, terrorçuların polis idarəsinə hücumu nəticəsində bir polis məmuru və bir qadın həlak olmuşdu.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan “Boko Haram”ın 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həlak olub.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun,,Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.

Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etməli olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*