“Nikol Paşinyan Volodimir Zelenskinin yanında olmalıdır” – Erməni politoloqbackend

"Nikol Paşinyan Volodimir Zelenskinin yanında olmalıdır" - Erməni politoloq

“Nikol Paşinyan Volodimir Zelenskinin yanında olmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Razmik Akopcanyan deyib.

“Nikol Paşinyan Volodimir Zelenskinin yanında olmalıdır. Ermənistanın Ukraynadakı səfirliyi təcili olaraq baş nazirin Kiyevə səfərini təşkil etməlidir. Bütün dünya, xüsusən də Rusiya Paşinyanla Zelenskinin çiyin-çiyinə olduğunu görməlidir.

Nikol Paşinyanın hər zaman nə ilə fərqləndirdiyini xatırlayaq. Ermənistanın indiki baş naziri heç vaxt diplomatiya ustası olmayıb. Etiraf edək ki, onda heç kim parlaq polemikçi və ziyalı görməyib.

Paşinyan əsl inqilabçı, çılğın üsyançıdır. Məhz bu səbəbdən o, indi Zelenskiyə yaxın olmalıdır. O, belə bir addımla Moskvanı axmaq və ümidsiz vəziyyətə sala bilərdi”, – deyə Akopcanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*