“Nikol türklər və azərbaycanlılar üçün “hədiyyə”dir”.
KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” partiyasının mətbuat katibi Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb. O, Paşinyanı türklər və azərbaycanlılar üçün “hədiyyə” adlandırıb.
“Nikol Paşinyan və onun rejimi hakimiyyətdə olduğu müddətdə Ermənistanın xeyrinə ciddi addımlar olmayacaq. Nikol türklər və azərbaycanlılar üçün “hədiyyə”dir. Bu, o demək deyil ki, Nikolun gedişi ilə cənnətə düşəcəyik. Lakin o gedəndən sonra biz Ermənistan dövlətçiliyinin devrilməsi prosesini dayandıra biləcəyik”, – Şarmazanov qeyd edib.
Daha sonra o, mübarizəsini davam etdirəcəyini deyib.
“Mən döyüşəcəm. Mən Ermənistan vətəndaşı, respublikaçı kimi mübarizə aparacağam, çünki Aşot Navasardyan, Vazgen Sparapet, Andranik Markaryanın həyat məqsədi Milli Ermənistan və Azad “Arsax” qurmaq idi.
Bu hərəkat sübut etdi ki, Nikol ermənilərin məqsəd və tələblərini təmsil etmir. Bir güc olaraq mövcud deyil.
Nikolizmin məğlubiyyəti başlayıb və ermənilərin qələbəsi qaçılmazdır”, – Şarmazanov sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
