Novak: “Rusiya qiymət tavanı tətbiq edən ölkələrə neft tədarük etməyəcək”backend

Novak: "Rusiya qiymət tavanı tətbiq edən ölkələrə neft tədarük etməyəcək"

Rusiya səviyyəsindən asılı olmayaraq qiymət tavanı tətbiq edən ölkələrə neft tədarük etməyəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Enerji Həftəsində deyib:

“Bu rəqəmin haradan gəldiyi bəlli deyil, istədiklərini deyə bilərlər. Qiymət tələb və təklif balansına əsaslanaraq bazar üsulu ilə formalaşmalıdır”.

Qeyd edək ki, oktyabrın 12-də ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinin tavan qiymətinin bir barel üçün 60 dollar civarında ola biləcəyini deyib. Lakin o, ABŞ-ın bu qiymət səviyyəsini müəyyən etmək üçün tərəfdaşlarla işləməyə davam etdiyini vurğulayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*