“Növbəti toqquşmada qarşımızda həm Azərbaycan, həm də Türk Ordusu duracaq”.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Onik Qasparyan Təhlükəsizlik Şurasının iclasında deyib.
Qasparyan deyib: “Hazırki hərbi toqquşma vəziyyətində biz təkcə Azərbaycan Ordusu ilə deyil, həm də Türk Ordusu ilə haqq-hesab çəkməli olacağıq. Digər ölkələr – Ukrayna, Gürcüstan, İsrail isə bizə mane olacaq. Bizim uzun müddətli müharibə üçün vəsaitimiz yoxdur. Moskvaya gedin və müharibənin qarşısını almaq üçün danışıqlar aparın”.
Qasparyanın iclasdakı çıxışını Ermənistan Baş Qərargahı rəhbərinin keçmiş köməkçisi Vladimir Poqosyan paylaşıb və onun bu fikirlərinin ciddiyə alınmadığını qeyd edib.
Xuraman Etibarlı
KONKRET.az
