Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar.
KONKRET.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisasları təqdim edir:
– Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
– İbtidai sinif müəllimliyi
– Hüquqşünaslıq
– Maliyyə
– Riyaziyyat müəllimliyi
– Xarici dil müəllimliyi (ingilis dili)
– Beynəlxalq münasibətlər
– Mühasibat