Oğuzda əkin sahəsində YANĞINbackend

Oğuzda əkin sahəsində YANĞIN

Oğuz rayonunun Xaçmaz meşəbəyliyinin yaxınlığındakı əkin sahəsində yanğın hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribovun sözlərinə görə, ETSN-in yerli qurumlarının, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın məhdudlaşdırılıb və meşəyə keçməsinin qarşısı alınıb.

“Əkin sahəsinin fermer tərəfindən yandırılılması təsdiq olunarsa, fermerə ayrılan subsidiyanın dayandırılması üçün aidiyyəti qurumlara müraciət olunacaq”, – C.Qəribov deyib.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*