Oğuzda ev yandı, 82 yaşlı qadın yanaraq öldü – FOTObackend

Oğuzda ev yandı, 82 yaşlı qadın yanaraq öldü  - FOTO

Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənddə yerləşən fərdi yaşayış evlərindən birinin yanması nəticəsində evdə yaşayan 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədova yanaraq ölüb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*