Oğuzda məktəbdə hadisə: 6-cı sinif şagirdi travma aldıbackend

Oğuzda məktəbdə hadisə: 6-cı sinif şagirdi travma aldı

Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.

KONKRET.AZ xəbər verir ki, hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.

Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb.

Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*