Oktyabrın sonunda Mişel-Paşinyan-Əliyev görüşü olmayacaq – Klaarbackend

Oktyabrın sonunda Mişel-Paşinyan-Əliyev görüşü olmayacaq - Klaar

Oktyabrın sonunda Aİ Şurasının sədri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutmayacaq.

KONKRET.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“Bizim məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasıdır. Əliyevin iştirak etmədiyi Qranada görüşünə əhəmiyyət verərək, indi Brüsseldə Paşinyan-Əliyev görüşünü təşkil etməyə çalışırıq”, – Klaar qeyd edib.

“Prosesin yavaş templə getməsinə baxmayaraq, biz inanırıq ki, nəticə sənədin imzalanması olacaq”, – diplomat vurğulayıb.

Klaar Tehranda “3+3” formatında keçirilən görüşü müsbət qiymətləndirib, onu faydalı hesab edib.

“Hesab edirəm ki, qonşular arasında müzakirələr vacib və faydalıdır. Biz həmişə prinsipial olaraq əməkdaşlığın tərəfdarıyıq”, – Klaar əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*