Ölkədə bomba partladı: 6 ölü, 15 yaralıbackend

Ölkədə bomba partladı: 6 ölü, 15 yaralı

Somalinin paytaxtı Moqadişo və Baidoa şəhərlərində bombalı intihar hücumu olub.

KONKRET.az xəbər verir ki, ilk hücumda Moqadişo limanındakı gömrük binası, 2-ci hücumda isə Baidoada bir restoran hədəf seçilib.

Məlumata görə, paytaxtda təhlükəsizlik qüvvələri tərəfindən terror aktının qarşısı alınıb. Kamikadze özünü partlatsa da, başqa ölən olmayıb. Hadisə zamanı təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı yaralanıb.

Baidoadakı hücumda isə 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*