Ölkəmizdə “Mercedes Bens” mifi çoxdan dağılıb – Artıq bu markalar daha populyardırbackend

Ölkəmizdə “Mercedes Bens” mifi çoxdan dağılıb - Artıq bu markalar daha populyardır

“Ən uzun müddətdir ki, Evolute, Forthing və Toyota markaları daha çox satılır”.

KONKRET.az xəbər verir ki, Rusiya avtomobil dilerlərinin gəldiyi qənaət belədir. “Avto.ru Business” şirkətinin hesabatında bildirilir ki, daxili bazarda nadir hallarda rast gəlinən avtomobillər diler anbarlarında ən uzun müddət saxlanılır.

“Maşınların satış müddəti təxminən 158 gün çəkir. Sonrakı yerləri Forthing Yacht (153 gün) və Toyota Avalon (148 gün) gəlir”, – deyə məlumatda bildirilir.

İkinci əl avtomobillər arasında “Toyota Alphard”, “Genesis GV80” və “RAM 1500” ən çox satılan avtomobillərdir, onların satışı orta hesabla 2 ay çəkir.

Bundan əvvəl məlum olub ki, 2024-cü ilin iyun ayında Rusiyada 499,6 min ədəd işlənmiş minik avtomobili satılıb. Bu, may ayı ilə müqayisədə 2,6%, keçən illə müqayisədə isə 0,5% azdır.

İşlənmiş avtomobil bazarında lider Ladadır ki, onun satışları ötən illə müqayisədə 15,7% artaraq 122,8 min ədədə çatıb. İkinci yeri Toyota brendi tutur. Lakin bu avtomobillərin təkrar satışı 14,7% azalaraq 51,5 min ədəd olub. Üçüncü və dördüncü yerləri Koreyanın Kia və Hyundai avtomobilləri tutur.

Modellər arasında lider Lada 2107-dir. İyun ayında modelin təkrar satışı ötən illə müqayisədə 34,4% artaraq 11,2 min avtomobil təşkil edib. İkinci və üçüncü yerləri Kia Rio (9,3% artaraq 10,5 min ədəd) və Hyundai Solaris (artım 4,4%, 10,1 min ədəd) tutur.

Qeyd edək ki, Rusiyanın avtomobil bazarının Avropada satış həcminə görə beşinci yeri tutduğu bildirilirdi.

Yeri gəlmişkən, Azərbaycanda da klassik markalara maraq getdikcə azalır. Xüsusən “Mercedes Bens” və “BMW” maşınlarına bazarda maraq xeyli aşağı düşüb. Ümumiyyətlə, maşın bazarında aparılan müşahidələr göstərir ki, xüsusən “Mercedes Bens” markalı maşınların populyarlığı azalıb. Bunun əsas səbəbi də digər avtomobillərin keyfiyyətli və qiymətinin daha münasib olmasıdır. Əvvəlki illərlə müqayisədə bu markaya güvənc xeyli aşağı düşüb. Bu markalar əvvəllər ikinci əl bazarında daha popular olsa da, bu gün “Hyundai” və “Kia” avtomobilləri siyahıda qabaqdadır. Bu isə deməyə əsas verir ki, ölkəmizdə “Mercedes Bens” əfsanəsi ölüb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*