“Ölkəni itirmək təhlükəsi ilə üz-üzəyik, bunu ən qorxulu yuxuda belə təsəvvür etmək mümkün deyil” – Saakyanbackend

"Ölkəni itirmək təhlükəsi ilə üz-üzəyik, bunu ən qorxulu yuxuda belə təsəvvür etmək mümkün deyil" - Saakyan

“Ölkəni itirmək təhlükəsi ilə üz-üzəyik, bunu ən pis yuxuda belə təsəvvür etmək mümkün deyil”.

KONKRET.az xəbər verir ki, bunu fevralın 10-da keçirilən müzakirədə vəkil Lusine Saakyan deyib.

“Düşdüyümüz vəziyyət ən qorxulu xəyallarımızda belə təsəvvür edilə bilməz.

Biz ölkəni itirmək təhlükəsi ilə üz-üzəyik. Torpağımızın bir hissəsini təhvil vermələrinə dözməməliyik, deyirlər, əsas odur ki, evimizə çatmayıblar.

Ciddi, uzunmüddətli mübarizə aparılmalıdır, bunsuz heç nəyi dəyişmək olmaz”, – deyə erməni vəkil bildirib.

O, həm də yaranmış vəziyyətdə bəzi hüquq müdafiəçilərini günahlandırıb.

“Yeni siyasətçilər, hüquq müdafiəçiləri formalaşmalıdır. Cəmiyyət bu bataqlıqdan çıxmağa çalışmalıdır.

Siyasətçilər arasında da məyusluq var. Amma xalqı düzgün istiqamətə yönəldən insanlara ehtiyacımız var.

Bu insanlar getdikcə daha çox olmalıdır. Biz sözdə deyil, əməldə ölkəmizə ağa olmalıyıq”, – deyə Saakyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*