Ölü olduğu güman edilən qadın tabutda DİRİLDİbackend

Ölü olduğu güman edilən qadın tabutda DİRİLDİ

Ölü olduğu güman edilən Bella Montoya adlı qadın tabutda dirilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ekvadorda baş verib.

Belə ki, 76 yaşlı qadının oğlu Gilbert Balbern ölkə mətbuatına hadisə ilə bağlı açıqlama verib.

“Bizə hətta ölüm şəhadətnaməsi də verdilər. Yavaş-yavaş nə baş verdiyini anlayıram. İndi sadəcə anamın səhhətinin yaxşılaşması üçün dua edirəm. Onun sağ olmasını və yanımda qalmasını istəyirəm”, – o deyib.

Ekvadorun Səhiyyə Nazirliyi bildirib ki, yaşlı qadın iflic şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun ürəyi dayanıb. Buna görə də məsul həkim onun ölümünü təsdiqləyib.

Nazirlik hadisəni araşdırmaq üçün komissiya yaradıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*