Ombudsman 82 min manata avtomobil aldıbackend

Ombudsman 82 min manata avtomobil aldı

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) “İdeal Motors” MMC ilə maliyyə dəyəri 82 000 AZN olan müqavilə imzalayıb.

Ombudsman bu məbləğə şirkətdən nəqliyyat vasitəsi alıb.

“İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir.

Ombudsmanın şirkətdən bir, yoxsa bir neçə avtomobil aldığı bəlli deyil.

Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. O, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Bir müddət əvvəl Səbinə Əliyeva və Siyavuş Novruzov xüsusi karantin rejimi dövründə təşkil edilən akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiklərinə görə gündəmə gəlmişdilər. Sonradan Siyavuş Novruzov bəyanat yayaraq Ramiz Mehdiyevin onları aldatdığını bildirib./Yenisabah.az/

  • Omer
    Sentyabr 4, 2020 - 02:07

    En yaxsi varianda siavus bey ve xanim tam get. melidirler. Yada xalq do vlet birliyi onlar vondermelidir. Eger deyilen kimi bu birlik varsa dovletimiz oz sozun deyer mence

  • Ilkin
    Sentyabr 5, 2020 - 18:17

    Vallah çox maraqlıdır, bunlarda hardandır bu pul ??? Axı bu deputatın xanımı Mən bildiyimə görə kirayədə qalır…🤪👈👠👠👠👠👠

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*