“Zirə” böyük hesabla uduzur – YENİLƏNİRbackend

"Zirə" böyük hesabla uduzur - YENİLƏNİR

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omoniya” (Kipr) – “Zirə” oyununda altıncı qol vurulub.

KONKRET.az xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 6:0.

70-cı dəqiqədə Vili Semedo dubl müəllifi olub.

22:35

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omoniya” (Kipr) – “Zirə” oyununda beşinci qol vurulub.

KONKRET.az xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 5:0.

60-cı dəqiqədə Evandro fərqlənib.

21:57

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omoniya” (Kipr) – “Zirə” matçında ikinci qol vurulub.

KONKRET.az xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti dəfə fərqlənib – 2:0.

34-cü dəqiqədə Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib.

21:45

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omoniya” (Kipr) – “Zirə” matçənda hesab açılıb.

KONKRET.az xəbər verir ki, GSP stadionundakı matçda meydan sahibləri hesabda önə çıxıb.

14-cü dəqiqədə Amin Xammas fərqlənib.

21:25

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omoniya” (Kipr) – “Zirə” matçı start götürüb.

KONKRET.az xəbər verir ki, tərəflər arasında ilk qarşılaşma GSP stadionunda keçirilir.

Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*