On ölkədən olan səyyahlar Kəlbəcərə səfər etdi – YENİLƏNİB + FOTObackend

On ölkədən olan səyyahlar Kəlbəcərə səfər etdi - YENİLƏNİB + FOTO

Xarici səyyahlar Kəlbəcər rayonunun mərkəzindəki Bayraq meydanında olublar.

KONKRET.az xəbər verir ki, onlar burada ermənilər tərəfindən dağıdılmış evlərlə tanış olublar.

Onlar daha sonra Laçın rayonuna səfər edəcəklər.

***

08:50

Bir qrup səyyahın Kəlbəcərə səfəri başlayıb.

KONKRET.az xəbər verir ki, xarici ölkələrdən olan qonaqlar səhər saatlarından Göygöl rayonunun Toğanalı kəndindən yola düşüb.

Səfərdə Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir.

Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək, İstisu qəsəbəsindəki mineral bulaqlarla tanış olacaq.

Günün ikinci yarısından sonra heyət Laçın dəhlizinə yola düşəcək.

Daha sonra səyyahların Qubadlı rayonu ilə tanışlığı gözlənilir.

Sabah isə onlar Zəngilanda inşa edilən hava limanına və Ağalı kəndinə baş çəkiləcək.

Qeyd edək xarici səyahlar ötən gündən işğaldan azad edilən Xocavənd, Ağdam və Şuşa şəhərinə səfər ediblər.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*