“Onlar Putinə imkan verdilər, vəziyyət ağırdır” – Zelenskibackend

“Onlar Putinə imkan verdilər, vəziyyət ağırdır” - Zelenski

“Ukrayna Xarkovu itirməyi özünə rəva görə bilməz”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenski Xarkova səfər edərkən “ABC News”a bildirib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yardımının gecikməsi müharibəyə və sərhəd boyu vəziyyətə birbaşa təsir edib. Son bir neçə gün ərzində yüzlərlə insan həlak olub və yaralanıb.

“Vəziyyət çox ağırdır”, – deyə prezident söyləyib.

Hazırda baş verənlərdə ABŞ-nin günahkar olub-olmaması ilə bağlı suala Zelenski belə cavab verib:

“Bu, bütün dünyanın günahıdır. Onlar Putinə imkan verdilər. Amma indi dünya kömək edə bilər. Dialoq yaxşıdır. Amma indi bizə yalnız kömək lazımdır. Bizə lazım olan isə iki “Patriot” kompleksidir. Əgər onlar bizdə olsa, Rusiya Xarkovu işğal edə bilməyəcək”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*