Onu və ailəsini hədələyən “Azov” üzvünün istintaqında şəxsən Kadırov İŞTİRAK EDƏCƏK – FOTO/VİDEObackend

Onu və ailəsini hədələyən "Azov" üzvünün istintaqında şəxsən Kadırov İŞTİRAK EDƏCƏK - FOTO/VİDEO

Rostovdakı istintaq təcridxanası “VIP ziyarətçi”ni qarşılamağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Ramzan Kadırovla Mariupolda saxlanılan David Kasatkin arasında şəxsi görüş planlaşdırılır.

Bundan əvvəl David çeçen komandirləri, şəxsən Kadırovu və uşaqlarını öldürməklə hədələyib, anasını təhqir edib, qızlarını zorlayacağı ilə hədələyib.

Bundan əlavə, Davidi döymələri ilə tanıyıblar, onun rus əsgərlərinə işgəncə verdiyi deyilir.

Bədəndəki döymələr arasında çoxlu svastika və nasist simvolları var.

O, 1996-cı ildə Mariupolda anadan olub və məktəbi bitirdikdən sonra Azov hərbçilərinə qoşulub.

Azovstalda olarkən məktub yazıb, məktubda Çeçenistanın başçısını öldürəcəyini və qızlarını təhqir edəcəyini vəd edib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*