Çox vacib səfərə çıxırıq. Keçmişdən tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadiondadır. Problemlərimiz olsa da, yaxşı nəticə ilə qayıtmağa çalışacağıq.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) klubuna qarşı keçiriləcək ilk matçdan əvvəl baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis Niderland təmsilçisi ilə oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
“Oyuna hazırlaşmaq imkanımız o qədər də çox olmadı. Daxili çempionat başladı. Futbolçuların istirahət etməyə vaxtı olmadı. Avropada oynamaqdan vaz keçmək istəmirik. Avropa tamamilə başqa səviyyədir. Oradan əl çəkmək istəmirik”.
