“Azərbaycan tərəfi həlledici mərhələdə idi. Strateji məntəqə olan Şuşa ələ keçirilmişdi. Stepanakertə (Xankəndi – red) Azərbaycan Ordusunun daxil olması an məsələsi idi. Bu isə bölgədə çox şeyi dəyişdirə bilərdi”.
KONKRET.az xəbər verir ki, bu sətirlər Ordu generalı Anatoli Kulikovun “Komsomolskaya pravda” qəzetinə müsahibəsindən götürülüb. Müsahibədə daha sonra deyilir. “Azərbaycan Ordusunun Xankəndinə girişi Ermənistan diplomatiyası və hakimiyyəti üçün biabırçılıq olardı. Erməniləri bu biabırçılıqdan Putin qurtardı. İrəvandakı mitinqçilər bu razılaşmaının onlar üçün ən gözəl variant olduğunu çox təəssüf ki, başa düşmürlər”…
Surxay Atakişiyev,
KONKRET.az
