Ornitoloqlar: Bu quşlar təhlükəli və təhlükəsiz insanları tanıya bilir – FOTObackend

Ornitoloqlar: Bu quşlar təhlükəli və təhlükəsiz insanları tanıya bilir - FOTO

İngiltərədən olan alimlər bildiriblər ki, cırtdan quşlar fəslindən olan Qalka qarğaları digər quşları təhlükəli insanları tanıya bilir. KONKRET.AZ xəbər verir ki, bu quşlar təhlükəli insanlar haqqında məlumatları yaxınlarına ötürə bilir.

Ornitoloqlar bir-birindən çox məsafədə yerləşən 34 quş evindən quşları araşdırıblar.

Təcrübə zamanı insan Qalkanı yuvasına yaxınlaşıb. Elm adamları təhdid barədə xəbərdarlıq edən quş səsini qeydə alıblar. Digər quşlar təhlükə siqnalını eşidər-eşitməz daha sürətlə dərhal yuvalarına qayıdıblar.

Ornitoloqlar izah edir ki, insanlar quşlara yem verməklə, onlara toxunmamaqla kömək edirlərsə, bəzən aralarında quşlar üçün təhlükə yaradanlar da tapılır.

Tədqiqat zamanı məlum olub ki, bu quşlar təhlükəli və təhlükəsiz olmaqla insanları iki kateqoriyaya ayıra bilirlər.

Hazırladı: ELMAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*