“Orta Asiya iki od arasındadır, Özbəkistandakı etirazlarda Qərbin barmağı var” – Lukaşenkobackend

"Orta Asiya iki od arasındadır, Özbəkistandakı etirazlarda Qərbin barmağı var" - Lukaşenko

Lukaşenko Qərbi “başını qaldıranı bombalamağa çalışmaqda” ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın təbliğat nəşri RİA Novosti məlumat yayıb.

Aleksandr Lukaşenko bildirib ki, Mərkəzi Asiyada “dünyanın yenidən bölünməsi uğrunda mübarizədə” yeni toqquşma baş verəcək. O, xüsusən də kütləvi etirazların başladığı Özbəkistanı göstərib.

Onun sözlərinə görə, guya Qərb “baş qaldıranları bombalayır”.

“Səbəb dünyada yeni münasibətlərin yaranması, çoxqütblülükdür. Bu gün təkcə bizim postsovet məkanımız, onun Avropa hissəsi uğrunda mübarizə getmir, bu gün keçmiş sovet respublikalarımızın yerləşdiyi Mərkəzi Asiya üçün mübarizə gedir”, – deyə Lukaşenko bildirib.

Eyni zamanda o, Qazaxıstandan sonra guya Özbəkistanı “qarışdırmağa” başladıqlarına diqqət çəkib. O, Özbəkistandakı etirazlarda “Qərbin barmağı”nın olduğunu deyib.

“Və bu gün onlar artıq bəyan edirlər ki, bunda əcnəbilərin əli var. Onlar da Qazaxıstanı tərk etməyəcəklər. Orada vəziyyət çətindir”, – deyə Lukaşenkö əminliyini bildirib.

İndi guya Orta Asiya “iki od arasındadır”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*