Ovvanisyan: “Danışıqlarda rus, amerikan, fransız versiyası yoxdur, yalnız Azərbaycan və erməni variantı var”backend

Ovvanisyan: "Danışıqlarda rus, amerikan, fransız versiyası yoxdur, yalnız Azərbaycan və erməni variantı var"

“Nə rus, nə də Amerika versiyaları var – yalnız erməni və azərbaycanlı variantı var”. 

KONKRET.az xəbər verir ki, bunu noyabrın 17-də jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

“Avropa İttifaqı versiyası kimi rus, amerikan və ya fransız versiyası yoxdur. Ancaq Azərbaycan və erməni versiyaları var.

Yəni heç bir ölkənin paytaxtından başqa sənəd alınmayıb. Hazırkı sülh danışıqları hər iki tərəfin yanaşmaları ətrafında xarici işlər nazirləri səviyyəsində aparılır.

İki qonşu ölkə arasında münasibətlərin hansı əsas prinsiplər əsasında qurulmasına dair danışıqlar aparılır”, – deyə Ovannisyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*