Özbəkistanda yeni qaz yatağı tapıldıbackend

Özbəkistanda yeni qaz yatağı tapıldı

Özbəkistanın Qaşqadərya bölgəsində aparılan kəşfiyyat işləri uğurla yekunlaşıb.

KONKRET.az xəbər verir ki, nəticədə yeni qaz yatağ aşkarlanıb. Yatağın gündəlik qaz hasilatı ilkin olaraq 200 min kubmetr civarında qiymətləndirilir. “Özbəkneftqaz” milli enerji şirkətinin yaydığı məlumatda deyilir ki, qaz ehtiyatına yetişmək üçün 3 min 600 metr dərinlikdə qazma işləri aparılıb. Qazma işləri uğurla yekunlaşdırılacağı təqdirdə gündəlik hasilatın 400 min kubmetrə qədər arta biləcəyi də söylənilir. Ümumilkdə, 2021-ci ilin sonunadək bu sahəyə 30,4 milyard ABŞ dolllar həcmində investisiya yatırılması nəzərdə tutulub. Bu hesaba da ölkə üzrə qaz hasilatını 60 milyard kubmetrə çatdırmaq hədəflənir. Xatırladaq ki, Özbəkistanın qaz ehtiyatı  ümumilkdə 1,1 trilyon kubmetr civarında qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*