Pakistan və İran səfirlərinin yanvarın 26-dək vəzifəyə qayıda biləcəkləri barədə razılığa gəliblər.
KONKRET.az bildirir ki, Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı ilə telefon danışığından sonra iki ölkənin səfirlərinin vəzifədə olduğu dövlətlərə qayıdacağı barədə razılığa gəlib.
İran xarici işlər naziri Abdullahiyanın isə nazir Cilanın dəvəti ilə Pakistana səfər edəcəyini bildirilib. Səfər yanvarın 29-a planlaşdırılıb.
Qeyd edək ki, İran yanvarın 16-da Pakistan ərazisinə raket və dronlarla hücum edərək terrorçu ünsürləri hədəfə aldığını açıqlamışdı.
Fatimə Lətif
KONKRET.az
