Pakistanda hərbi helikopter qəzaya uğradı: 6 nəfər öldübackend

Pakistanda hərbi helikopter qəzaya uğradı: 6 nəfər öldü

Pakistanın Bəlucistan əyalətinin Harnai bölgəsində hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2-si zabit (mayor) olmaqla 6 nəfər ölüb.

Qeyd edək ki, bu, son 2 ayda Bəlucistanda ikinci helikopter qəzasıdır. Avqustun 2-də General-leytenant Sərfaraz Əli də daxil olmaqla 6 hərbçini daşıyan helikopter Bəlucistanda qəzaya uğrayıb. Qəzada sağ qalan olmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*