Pakistanda qəzəbli kütlə Quranı təhqir edən şəxsi LİNÇ ETDİ – VİDEObackend

Pakistanda qəzəbli kütlə Quranı təhqir edən şəxsi LİNÇ ETDİ - VİDEO

Pakistanda küfrdə təqsirləndirilən şəxsi linç edən kütlə polis bölməsinə basğın edib.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters polisə istinadən məlumat yayıb.

Pakistanın şərqində şənbə günü izdiham polis bölməsinə soxularaq küfrdə ittiham olunan bir şəxsi linç edib.

Ölkədə küfrdə günahlandırılan insanların kütləvi şəkildə linç edilməsi ilə bağlı çoxsaylı hallar müşahidə olunub. Bunlardan biri 2021-ci ildə geyim fabrikinin rəhbəri olan Şri-Lanka vətəndaşının linç edilməsi olub.

Polis sözçüsü Məhəmməd Vaqas Reuters-ə bildirib ki, şənbə günü 20 yaşlarında olan Məhəmməd Varis müsəlmanların müqəddəs kitabı olan Quranı təhqir etdiyi iddiası ilə izdiham ona hücum edib. Bundan sonra polis nəzarətinə götürülüb.

Bununla belə, izdiham Nankana Sahib polis bölməsinə soxulub, Varisi binadan çıxarıb, onu döyərək öldürüb və cəsədini yandırmağa cəhd edib.

“Polis bölməsində bir neçə məmur olduğu üçün polis onlara müqavimət göstərə bilmədi. Polis əlavə qüvvə ilə kütlənin Varisi yandırmasının qarşısını ala bildilər və kütləyə qarşı hərəkət etməyə hazırlaşdılar”, – deyə Vaqas bildirib.

Qeyd edək ki, küfr Pakistan qanunlarına görə ölüm hökmü ilə nəticələnə bilən cinayətdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*