Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu oldubackend

Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu oldu

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

KONKRET.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*