Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə etiraz edənlər polisə şüşə atmağa başlayıblar. “Qafqazinfo” bildirir ki, bu barədə “RT France” xəbər verib.
Nümayişi Jurnalistlərin Həmkarlar İttifaqı təşkil edib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Parisin Trokadero meydanı insanla doludur.
Onların bir çoxu əllərində ““Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə – yox”, “Bizi polisdən kimi qoruyacaq?” kimi şüarların yer aldığı plakatlar tutub.
Toplaşanlar sənədin 24-cü maddəsini pisləyir və qeyd edirlər ki, o, “polisin təcavüzü üçün qapı açır”.
Etiraz aksiyaları Fransanın digər şəhərlərində də keçirilir.