Parlament uşaq bağçası kimi idarə olunur – ERMƏNİ DEPUTATbackend

Parlament uşaq bağçası kimi idarə olunur - ERMƏNİ DEPUTAT

“Spiker Alen Simonyan uşaq bağçası tərbiyəçisi vəzifəsini yerinə yetirir”.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” blokunun nümayəndəsi Artsvik Minasyan jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, parlamentdəki indiki vəziyyətdə iş prosesi mümkün deyil. Xatırladaq ki, bu gün “Şərəfim var” blokunun deputatı Anna Mkrtçyan “təslimçi Nikol Paşinyan” ifadəsini səsləndirdiyinə görə, söz haqqını itirib və zaldan qovulub.

Buna etiraz olaraq müxalifət Milli Məclisin iclasını boykot edib.

Artsvik Minasyanın sözlərinə görə, Alen Simonyan parlamentdə uşaq bağçası tərbiyəçisi vəzifəsini yerinə yetirir. “Bizi susdurmağa çalışanların hamısı kimi o da cəzalandırılacaq. Biz artıq hüquqi prosesə başlamışıq. Parlamentdə siyasi qiymətləndirmələrin səsləndirilməsi heç bir şəkildə məhdudlaşdırıla bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*