Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.
KONKRET.az-ın məlumatına görə, iclası açıq elan edən spiker Sahibə Qafarova təklif edib ki, Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş qəhrəman insanların ruhu 1 dəqiqəlik sükutla yad edilsin.
Millət vəkilləri Şuşada şəhid olmuş, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 18 məsələ daxildir.
