“Paşinyan parlamentdə 2020-ci il müharibəsini sürətləndirdiyini etiraf etdi”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan Respublika partiyasının vitse-prezidenti Armen Aşotyan facebook səhifəsində yazıb. O, Nikol Paşinyanın dünən səsləndirdiyi bəyanatlara münasibət bildirib.
“Paşinyanın dünənki laqeyd çıxışından aşağıdakı faktı vurğulamaq istərdim.
Nikol parlamentdə 2020-ci il müharibəsini sürətləndirdiyini etiraf etdi.
Birinci, o, 2018-ci ildən bəri Azərbaycanla danışıqlar aparmadığını bildirdi.
İkincisi, danışıqlar zamanı özünü axmaq kimi apardığını inkar etmədi”, – deyə Aşotyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
