Ermənistanın Baş Naziri Nikol Paşinyanın canlı bağlantısı uğursuz alınıb.
Erməni nazir “facebook” səhifəsində canlı yayıma qoşulsa da, səsi gəlməyib.
Yayımda səslə bağlı problemin yaşanmasına baxmayaraq, N.Paşinyan 4 dəqiqə 48 saniyə danışıb, lakin səsi qətiyyən eşidilməyib.
Canlı yayımın səssiz olduğunu yalnız 5 dəqiqə sonra anlayan N.Paşinyan yayımı dayandırıb və növbəti dəfə canlı bağlantı ilə qoşulub. Lakin ikinci – 2 dəqiqə 9 saniyə çəkən canlı yayımda da səssiz olub.
Daha sonra nazir hər iki canlı yayımı səhifəsindən silib.
