backend

"Paşinyan dost İrana deyil, Ermənistanı təhdid edən Türkiyəyə başsağlığı verib" - Tevanyan

“Paşinyan Ermənistanı təhdid edən Türkiyəyə başsağlığı verir, dost İrana isə yox”.

KONKRET.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan Facebook səhifəsində yazıb.

“Baş nazir Nikol Paşinyan dost İrana deyil, Ermənistanı təhdid edən Türkiyəyə başsağlığı verib.

Türkiyə Ermənistan sərhədləri yaxınlığında hərbi təlimlər keçirir, bizi Zəngəzur dəhlizini, yəni Süniki ələ keçirməklə hədələyir.

İran Ermənistanla sərhəddə də təlimlər keçirir və bildirir ki, regionun xəritəsinin yenidən cızılmasına, yəni Zəngəzurun Ermənistandan alınmasına imkan verməyəcək.

İranda baş verən son zəlzələdən sonra ölən və yaralananlar olub. Nikol Paşinyan başsağlığı vermədi, kömək etmədi (ən azı simvolik olaraq). Lakin Türkiyədə baş verən zəlzələdən sonra Paşinyan tez reaksiya verərək başsağlığı verib.

Əslində o, Ermənistanı təhdid edən, düşmən Türkiyəyə rəğbət bəsləyir, dost İrana yox.

Bu hakimiyyətin xisləti belədir”, – deyə Tevanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*