Paşinyan: “Müharibə vaxtı mənə xəbərçilik edən qohumumu otağımdan qovdum”backend

Paşinyan: "Müharibə vaxtı mənə xəbərçilik edən qohumumu otağımdan qovdum"

“Müharibə vaxtı mənə xəbərçilik edən qohumumu otağımdan qovdum”. 

KONKRET.az xəbər verir ki, bunu bu gün parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Mənim əlimdəki bu hesabatda çox aydın yazılıb ki, təxminən 53 nəfər – hərbi qulluqçular, yüksək rütbəli zabitlər dövlətə xəyanət işi ilə ittiham olunur. Bəs xəyanət nədir? Məhz odur ki, insanlar öz mövqelərini düşmənə pulla veriblər.

Son müharibə epizodlarından danışım. Müharibə vaxtı qohumlarımdan biri kabinetimə gəlib dedi ki, yüksək rütbəli hərbçi orduda arasında panika yayır.

Qohumum həmin şəxsin adını və soyadını da verdi. Mənə bildirdi ki, o adam qoşunlar arasında panika yaradır və deyir ki, Nikol torpaqları verib. Bu zaman mən  qohumumu otaqdan qovdum. Ona dedim ki, Ermənistanın ordusundan gəlib, zabit haqqında mənə xəbərçilik edirsən? Müharibə vaxtı yanıma gəlib belə şeylər danışan ailə üzvümü, qohumumu ona görə qovmuşam”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*