Paşinyan separatçıbaşı Arayiki qəbul edib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, məlumatı Ermənistan hökumətindən təsdiqləyiblər.
Oktyabrın 12-də Ermənistan hökumətində Baş nazir Nikol Paşinyan və Qarabağdakı separatçı tör-töküntülərin lideri Arayik Arutyunyan arasında görüş keçirilib. Görüşün artıq başa çatdığı bildirilir.
Hökumət belə görüşlərin daimi xarakter daşıdığını qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Qarabağdakı qondarma qurumun “mətbuat katibi” Lusine Avanesyan Arayik Arutyunyanın başçılıq etdiyi “nümayəndə heyəti”nin Ermənistan hakimiyyəti ilə Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün İrəvana işgüzar səfərə gedəcəyini bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
