Paşinyan: “Qarabağın “status”u məsələsi gələcək nəsillərə qaldı”backend

Paşinyan: "Qarabağın "status"u məsələsi gələcək nəsillərə qaldı"

“Qarabağın “status”u məsələsi gələcək nəsillərə qaldı”.

KONKRET.az xəbər verir ki, bunu parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyib. O bəyan edib ki, Rusiya tərəfi Qarabağın “status”u məsələsini gələcəyə buraxmağı təklif edib və Ermənistan bununla razılaşır.

Paşinyan Soçidə Putin və Əliyevlə görüşündə Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılmasını təklif edib.

“İndi Qarabağın bütün tərəflər üçün məqbul “status”una nail olmaq üçün obyektiv imkan yoxdur.

“Qarabağın statusu məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam və 100% uyğundur”, – Paşinyan deyib.

Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın daha düzgün olacağını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*