“Paşinyan qələbə simvollarını ləğv edir” – Melkonyanbackend

"Paşinyan qələbə simvollarını ləğv edir" - Melkonyan

“Hakimiyyət qələbə simvollarını ləğv edir, bu da təsadüfi deyil”.

KONKRET.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Melkonyan Qriqori Xaçaturovun hüquqlarının müdafiəsi təşəbbüsü üzvlərinin mətbuat konfransında deyib.

O bildirib ki, Paşinyan “qələbə simvolları”nı  qəsdən ləğv edir, aradan götürür.

“Təhlükəsizlik baxımından Ermənistan üçün belə ağır bir dövrdə general-mayor Qriqori Xaçaturovun həbsi təsadüfi deyil və bunun əksinə inanmaq sadəlövhlükdür.

Xaçaturov fəxr olunası bir nümunədir, lakin hakimiyyət onu gülünc işdə müttəhim kimi təqdim edir”, – deyə Melkonyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*