Paşinyan Rusiyaya nüvə zərbəsi endirməyə çağıran ABŞ konqresmeni ilə görüşdübackend

Paşinyan Rusiyaya nüvə zərbəsi endirməyə çağıran ABŞ konqresmeni ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya nüvə zərbəsi endirməklə bağlı çağırış edən konqresmen Rocer Uikeri qəbul edib.

KONKRET.az-ın Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan ölkəsi ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

O, eyni zamanda, Ermənistan-ABŞ strateji dialoqunun vacibliyinə toxunub. Baş nazir bildirib ki, ölkəsi ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əmindir.

Görüşdə həmçinin Ermənistanda demokratik təsisatların inkişafı, eləcə də korrupsiya məsələləri müzakirə olunub

Müzakirələrdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Rocer Uiker 2021-ci ilin sonunda Rusiyanın qlobal miqyasdakı addımlarına cavab olaraq bu ölkəyə nüvə zərbəsi endirilməsinə çağırmışdı. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*