Paşinyan Vardanyanla bağlı Rusiyaya hansı mesajı göndərib? – Badalyan açıqladıbackend

Paşinyan Vardanyanla bağlı Rusiyaya hansı mesajı göndərib? - Badalyan açıqladı

“Qərbin təyin etdiyi Ermənistan hakimiyyəti Rusiyanın regionda təsirinin tədricən neytrallaşdırılmasına çalışır.  Bütün bunları birdən etmək mümkün deyil”.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edən politoloq Armen Badalyan deyib.

“Paşinyanın siyasəti günün axarı ilə ayaqlaşmağa hesablanıb. Yəni Paşinyan düşünür ki, Rusiya müharibədə qalib gəlsə, Ermənistan hakimiyyəti Moskvanın yanında olacaq. Ancaq Rusiya uduzsa, Zəngəzur dəhlizinə nəzarət edə bilməyəcək. Üstəlik, Zəngəzur dəhlizi açılmadan, Paşinyan sülh müqaviləsi bağlaya bilməz. Çünki Qərb bunu tələb edir. Bu dəhliz Qərbin nəzarətində olmalıdır ki, bütün marşrut xətti Rusiyanın nəzarəti olmadan işləyə bilsin”, – deyə Badalyan bildirib.

Paşinyanın Ruben Vardanyanı sərt tənqid etməsinə gəlincə, ekspert bunun Rusiyaya yönəldiyini qeyd edib.

“Paşinyan dedi: Rusiya! Ruben Vardanyanı siz gətirdiniz, onu siz də azad etməlisiniz. Ancaq Ruben Vardanyan Ermənistana gəlib heç nə edə bilmədi. O sadəcə bir partiya yaratmağa nail oldu, hansı ki, heç İrəvan Ağsaqqallar Şurasına belə girməyi bacarmadı”, – deyə Badalyan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*