Paşinyan və komandası Azərbaycana kömək etdi? – SENSASİON İDDİAbackend

Paşinyan və komandası Azərbaycana kömək etdi? - SENSASİON İDDİA

Nikol Paşinyan və komandası onları tənqid edən medianı, ictimai və siyasi dairələri susdurmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə davam edir.

KONKRET.az xəbər verir ki, Ermənistanda müxalifət mediası kimi tanınan politik.am saytının yazdığına görə, bu dəfə Nikol Paşinyan mənəvi və psixoloji təzyiq vasitələrindən istifadə etməyə cəhd edilir.

Sayt iddia edir ki, Azərbaycanla sərhəddə vəziyyətin gərginliyindən sonra hökumət təbliğatı daha da gücləndirib və ölkə əhalisini aşağılamaqla məşğuldur. Onların fikrincə bu da dolayısı yolla Azərbaycana kömək məqsədi daşıyır. “Azərbaycanın dəyirmanına su tökür”- Erməni saytı məhz belə də yazır.

Portal daha sonra vurğulayır: “Maraqlıdır ki, müxalifət illərində aprel döyüşləri günləri zamanı xalqı birləşməyə çağıran Paşinyan indi əks davranış nümayiş etdirir. Onların bugünkü məntiqindən başlasaq, o zaman “Azərbaycan dəyirmanını su ilə doldurduqları” məlum olacaq”.

  • Timur
    İyul 14, 2020 - 12:58

    Bəlkə, Politik.am olar, siz isə Politik.AZ yazmısınız ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*