“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan bloger Roman Bağdasaryana qarşı qaldırdığı məhkəmə iddiasında qələbə qazanıb.
KONKRET.az xəbər verir ki, məhkəmə çəkişməsinə Bağdasaryanın Karapetyanın “dövləti aldatması və dövlət büdcəsini talaması” barədə səsləndirdiyi iddialar səbəb olub.
Məhkəmə bu bəyanatları Karapetyanın şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi tanıyıb. Bloger təkzib dərc etməyə və kompensasiya qismində 100 min dram ödəməyə məcbur edilib.
Karapetyanın 2025-ci ilin iyul ayında qaldırdığı iddia üzrə qərar qəbul edilib və indi bloger məhkəmənin tələblərini yerinə yetirərək əvvəllər yaydığı iddiaları təkzib etməlidir.
Xatırladaq ki, Roman Bağdasaryan bütün videolarında baş nazir Nikol Paşinyanın siyasətini dəstəkləyir.
Natiq Səlim,
KONKRET.az
