Paşinyanın arzu etdiyi “sülh” Ermənistanın parçalanmasına və müharibəyə gətirib çıxaracaq – Abovyanbackend

Paşinyanın arzu etdiyi “sülh” Ermənistanın parçalanmasına və müharibəyə gətirib çıxaracaq  - Abovyan

“İndiki hakimiyyətin elan etdiyi saxta “sülh epoxası” Ermənistan və Arsaxın həyati maraqları bahasına reallaşacaq”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu “Çiçklənən Ermənistan partiyasının üzvü Arman Abovyan deyib.

“Azərbaycan öz tələblərindən zərrə qədər də yayınmır, Ermənistanın əraziləri Türkiyə-Azərbaycan terrorçu qüvvələri tərəfindən işğal edilir. Ermənistanın Tavuş, Ararat, Sünik, Qeqarkunik torpaqlarına qarşı ərazi iddiaları irəli sürülür. İndikilərin axmaq məğlubiyyətçi mövqeyini nəzərə alsaq Ermənistan hakimiyyəti və mifik “sülh” sazişinə hazırdır və düşmən dövlətlərin bütün şərtləri ilə razılaşacaq. Bəlli olur ki, Paşinyanın arzu etdiyi “sülh” Ermənistanın parçalanmasına və müharibəyə gətirib çıxaracaq.

Hələ də paşist hipnozu altında olan o insanlar başa düşmürlər ki, eyni düşmənlə “sülh bağlamaq” üçün diz çöküb yalvarsalar da, onların evlərinə, mənzillərinə mütləq düşmən gələcək”, – deyə Abovyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*