Bu isə Ermənistanda vətəndaş müharibəsinin ilk simptonlarıdır. Bildiyiniz kimi bir az əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanat imzaladığını deyib.
KONKRET.az “Sputnik Armenia” xəbər portalına istinadən bildirir ki, Paşinyanın müraciətindən dərhal sonra İrəvanın mərkəzindəki Respublika meydanına yüksək səs siqnalları olan maşınlar axın edir. Məlumatda daha sonra bildirilir ki, Ermənistan vətəndaşları Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağdakı müharibəni dayandırmaq və əraziləri təslim etmək barədə bəyanatına bir neçə dəqiqə ərzində reaksiya göstəriblər.
Bir az əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, saat 01: 00-da Rusiya və Azərbaycan prezidentləri ilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanat imzaladığını söylədi. “Özüm üçün və hamımız üçün çətin, son dərəcə çətin bir qərar verdim. Saat 01: 00-da Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinə son qoyulması üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə görünməz dərəcədə ağrılıdır”, – deyib
Baş nazir bu qərarı hərbi vəziyyətin dərin təhlili və bunu ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdiyini qeyd etdi. Həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bütün bunları önümüzdəki günlərdə ətraflı izah edəcəyinə söz verir.
Qeyd: Qeyri-rəsmi məlumata görə qızışmış kütlə Paşinyanın evinə basqın edərək onu linc etmək istəyir.
Surxay Atakişiyev,
KONKRET.az
