“Paşinyanın Türkiyəyə səfəri və forumda iştirakı müzakirə olunmur” – Ermənistan XİN-dən AÇIQLAMAbackend

"Paşinyanın Türkiyəyə səfəri və forumda iştirakı müzakirə olunmur" - Ermənistan XİN-dən AÇIQLAMA

Ermənistanın Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın planlaşdırılan səfəri barədə məlumat yayan Türkiyə rəsmisinə cavab verib.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, XİN-dən yayılan açıqlamada Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri və Antalya Forumunda iştirakının müzakirə olunmadığı öz əksini tapıb.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan öz Facebook səhifəsində yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin vitse-prezidenti Fuat Oktay Paşinyanın bu ölkəyə səfər edəcəyini açıqlayıb: “Paşinyan martda Türkiyəyə səfərə gələcək və Antalyada keçiriləcək diplomatik forumda iştirak edəcək” -deyə Fuad Oktay vurğulayıb.

Xarici işlər naziri Ararat Mirzoyan isə fevralın 2-də bildirib ki, Ermənistan tərəfi Antalya Diplomatik Forumunda iştirakla bağlı hələlik yekun qərar qəbul etməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan bu il Türkiyə ilə diplomatik münasibətlər quracağını istisna etməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*