Patruşevdən İLGİNC AÇIQLAMA: “Rusiya Ukrayna ilə tez bir zamanda razılaşmaq istəyir”backend

Patruşevdən İLGİNC AÇIQLAMA: “Rusiya Ukrayna ilə tez bir zamanda razılaşmaq istəyir”

“Moskva mümkün qədər tez Kiyevlə siyasi və diplomatik razılaşmaların əldə olunmasında maraqlıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev BRİKS ölkələrinin yüksək səviyyəli nümayəndələrinin görüşündə bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, “Rusiya hərbi əməliyyatları dayandırmağa imkan verəcək siyasi və diplomatik razılaşmaların mümkün qədər tez əldə edilməsində maraqlıdır. Bununla belə, Moskva və Kiyev arasında danışıqlar Ukrayna tərəfindən indi dondurulub”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*