Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib.
KONKRET.az xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.
Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Əlilliyə görə sosial pensiya nə vaxt artacağ bilməy olar?
Bu ay pensiya qalxıb?
Əlilliyə görə pensiya veriləcək bu ay?
Salam. Bu gün DSMF-in müzakirəsində iştirak etdim. 1-ci dərəcəli gözdən əlil 81 yaşlı ananın pensiyasını kəsib 540m-dan 399 manata saldılar ki düzgün hesablanmayıb. Sosial medafiə deyil sosial soyqırımdı. Guya 3 ildi səhv hesablayıblar indi başa düşüblər. Cənab prezitentin ardıcıl , ilbəil fərmanları ilə pensiya qalxıb 540m olmuşdu dedilər ki səhv hesabat aparılıb kəsib saldılar 399m. Bilmirsən kimə deyəsən.
3usaqliya görə pensiya qalxacaq ?